Türkiyə xarici işlər naziri Hakan Fidan bu axşam Misirin xarici işlər naziri Semih Şükri ilə telefonla danışıb.

"Unikal" xəbər verir ki, bu barədə XİN-dən diplomatik mənbə bildirib.
Qeyd olunub ki, görüş zamanı Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında qəbul edilən qərarların icrası istiqamətində hansı addımların atılacağı ilə bağlı fikir mübadiləsi aparılıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, iki nazir Qəzzaya humanitar yardımın çatdırılması məsələsini də müzakirə ediblər.