ABŞ-də gürcü cinayətkar qrupunun dörd üzvü pul tələb etməkdə ittiham edilərək saxlanılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Nyu-Yorkun Cənub Dairə prokurorluğu məlumat yayıb.

Saxlanılanlar arasında gürcü cinayətkar qrupunun lideri, "qanuni oğru" Vaja Qabadadze (Natan Yusupov) və onun şərikləri – Kaxa Katsadze, Teymuraz Tavberidze (“Tava” ləqəbli) və David Tikaradze də var. İttihama görə, Qabadadze və onun əlaltıları insanları hədələyərək onlardan pul tələb ediblər. Qəsb 2022-ci ilin sentyabrından 2023-cü ilin avqustuna qədər davam edib. 

"İnsanları hədə-qorxu, təhdid və zorakılıq yolu ilə pul ödəməyə məcbur etmək qanunsuzdur və şəhərimizdə biznes belə aparılmır. Bu, müttəhimlərin bir neçə ay ərzində həyata keçirdikləri qeyri-qanuni fəaliyyətdir", - FTB sözçüsü Ceyms Smit bildirib. 

Onun sözlərinə görə, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq və günahları sübuta yetirilərsə, saxlanılan Gürcüstan vətəndaşlarını 20 ilədək həbs gözləyir.

Gülayə Mecid