İran Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya ballistik raketlər verməyi nəzərdən keçirir. 

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib.

"ABŞ İran və Rusiya arasındakı münasibətlərdəki vəziyyəti izləyəcək və lazım gələrsə, müvafiq tədbirlər görəcək", - deyə məlumatda qeyd olunub. 

Kirbinin sözlərinə  görə, İran daha əvvəl Rusiyaya pilotsuz təyyarələr, idarə olunan bombalar və artilleriya sursatları verib: "İran Rusiyaya dəstək üçün daha bir addım atmağa hazırlaşır. Biz  İranın Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər verməyi nəzərdən keçirməsindən narahatıq".

Onun sözlərinə görə, bu dəstəyin müqabilində Rusiya Tehrana raketlər, elektronika və hava hücumundan müdafiə də daxil olmaqla görünməmiş müdafiə əməkdaşlığı təklif edib. İran Rusiyadan milyardlarla dollar dəyərində hərbi texnika, o cümlədən hücum helikopterləri, radarlar və döyüş təlimçiləri almağa çalışır.

Ağarza Elçinoğlu