Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.
Ayxan Bədəlov idarəetdiyi "VAZ 2107"minik maşını ilə hərəkətdə olan zaman xanım sürücünün idarə etdiyi "KİA" markalı təlim avtomobili ilə toqquşub.
Qəza zamanı Ayxan Bədəlov xəsarət alıb.
Qeyd edək ki, "KİA" markalı minik avtomobili ("149" saylı) sürücülük təlimi avtomobilidir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov