"2023-cü ilin 10 ayı ərzində qaynar xəttimizə daxil olan zənglərdən 74 vacib hesab etdiyimiz müraciətlərin təhlilini apardıq. 74 nəfər müraciət edərək evlilik məqsədi ilə Uşaq Sığınacağından kimsəsiz qızla evlilik məqsədini bildirib". 

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə  "Facebook"da yazıb.

K.Ağazadə bununla bağlı statistikanı təqdim edib: 

1. 55 nəfər qadın oğlunu evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib.

2. 13 nəfər qardaşını evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib.

3. 5 nəfər kişi müraciət edərək kimsəsiz qızla evlənmək istədiyini bildirib.

5 kişidən 3 nəfəri ikinci evliliyi üçün müraciət edib.Kişilərin bildirdiklərinə görə yaş həddi 29-42 yaş arasındadır.

Ən əsası! Kimsəsiz qızlara "elçi" düşən hər bir müraciətçi evləndirmək istədikləri oğullarının, qardaşlarının xüsusi qayğıya ehtiyacı olduqlarını bildirib.

31 nəfər bildirib ki, epilepsiyası, "uşaq" kimidir - yəni əqli geriliyi var. 

37 nəfər nəfər fiziki qüsurlu -DSP,görmə qabiliyyətsiz, eşitmə qabiliyyəti məhdud və ya digər xəsarətlidir.

Yalnız 1 müraciət  kimsəsiz qıza sahib çıxmaq, ona xoşbəxt həyat bəxş etmək, oğlunun xaricdə işlədiyi müddətdə qayınana, yəni özü ilə yaşayaraq gözəl nəvələr böyütmək istəyinin olduğunu bildirib.