Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac, 6 ədəd elektrik açarı və 6 p.m elektrik kabeli yanıb.
"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.