Naxçıvan Muxtar Respublikasının Babək rayonu Cəhri qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü - İmanov Xaliq Eldar oğlu vəfat edib.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.