Gümrü quru limanının tikintisi 2024-cü ilin ikinci yarısında başlaya bilər.
"Unikal" xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bu barədə Ermənistan parlamentinin Regional və Avrasiya inteqrasiyası üzrə Daimi Komitəsinin iclasında bildirib.
İqtisadiyyat naziri əlavə edib ki, bu layihənin texniki-iqtisadi əsaslandırılması, demək olar ki, başa çatıb.
"Layihənin İnvestisiya Komitəsi tərəfindən yekun təsdiqini alsaq, altı-doqquz ay ərzində tikintiyə başlanılacaq", - deyə Kerobyan bildirib.