Norveç Rusiyanın "Nordwind Airlines" aviaşirkətinə məxsus təyyarənin təcili eniş siqnalına mənfi cavab verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Göyərtəsində huşunu itirən bir nəfərin olduğu təyyarənin Norveç hava limanına enməsi mümkün olmayıb. 

"Təyyarə Moskvadan Kubanın Varadero kurortuna uçuş edirdi. Təyinat yerindən qalxdıqdan bir neçə saat sonra sərnişinlərdən birində xora əmələ gəlib və daxili qanaxma başlayıb. Kapitan həmin şəxsə təcili tibbi yardım göstərilməsi Lakin ona enişə icazə verilməyib", - deyə məlumatda qeyd olunub. 

Daha sonra təyyarə Moskvaya qayıdıb. 

Ağarza Elçinoğlu