Türkiyə ABŞ-dən Ankaraya F-16 qırıcılarının satışında qarşılıqlı münasibət gözləyir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, buna cavab olaraq Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq istəyini təsdiq edəcək: "Türkiyə həmçinin İsveçdən terrorla mübarizə ilə bağlı verdiyi vədləri yerinə yetirməsini və Kanadanın silah embarqosunun qaldırılmasını gözləyir".
Ağarza Elçinoğlu