Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərindən əl çəkmək niyyətində deyil. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin Müdafiə Şurasının genişləndirilmiş iclasında çıxışı zamanı deyib. 

Putin bildirib ki, Rusiya Ukrayna ilə yalnız öz maraqları əsasında nəsə danışıqlar aparacaq: "Tarix hər şeyi öz yerinə qoyacaq, biz qarışmayacağıq. Ancaq biz əlimizdə olandan əl çəkməyəcəyik - bunu hamı başa düşməlidir. 

Qərb Rusiyanı cilovlamaq strategiyasından və Ukraynadakı aqressiv məqsədlərindən əl çəkmir: "Yaxşı onda, biz də xüsusi hərbi əməliyyatla bağlı məqsədlərimizdən əl çəkməyəcəyik". 

O, həmçinin Krımın ilhaqından da bəhs edib: "Bizim Krımı dəstəkləməkdən başqa seçimimiz yox idi. Əks halda orada qırğın olardı". 

Ağarza Elçinoğlu