Misir, Efiopiya və Sudan arasında Hedasi bənd böhranını həll etmək üçün aparılan danışıqlar nəticəsiz qalıb.

"Unikal" xəbər verir ki, Misirin yaydığı bəyanatda Efiopiyanın hər üç ölkənin maraqlarını təmin edəcək hər hansı ümumi hüquqi və texniki həll yoluna yaxınlaşmaqdan uzaq olduğu bildirilib. Hedasi bəndi ilə bağlı Misir, Sudan və Efiopiya ilə danışıqların 4-cü raundunun nəticələri qəbul edilmədən başa çatdığını elan edib.

Misir Suvarma Nazirliyi, Efiopiyanın paytaxtı Əddis Əbəbədə keçirilən Hedasi bəndi ilə bağlı danışıqların yeni raundu tamamlandıqdan sonra yazılı açıqlama verib.

Bəyanatda, Efiopiyanın hər üç ölkənin maraqlarını təmin edəcək hər hansı ortaq hüquqi və texniki həll yoluna yanaşmaqdan uzaq münasibətini davam etdirdiyi bildirilib.

Açıqlamada, Efiopiyanın beynəlxalq hüquqa məhəl qoymadığı və Nil çayının 85 faizini qidalandıran Mavi Nil çayının qoluna mütləq nəzarət etdiyi iddiasında israrlı olduğu ifadə edilərək, Misir və Sudanın bu tezisi qəbul etmək məcburiyyətində qalması tənqid edilib. 

Bəyanatda Efiopiyanın rəftarını dəyişmədiyi üçün danışıqların sona çatdığı, Misirin "beynəlxalq müqavilələrlə təmin edilən su ehtiyatlarını və milli təhlükəsizliyini qorumaq hüququnu özündə saxladığı" bildirilib.

Efiopiya və Sudan hələlik danışıqlarla bağlı açıqlama verməyib.