Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Zaur oğlu Əliyev 2 ay sonra evə buraxılıb.
"Unikal" xəbər verir ki, oktyabrın 22-də baş vermiş hadisə zamanı yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub.
Onun bir qolu çiynindən amputasiya olunub. 3 dəfə əməliyyat olunan Aslan Əliyev özəl tibb müəssisəsində müalicə olunub.