Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzilin hamam otağında 3 m² sahədə hamam əşyaları yanıb.
"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yüksək temperaturdan lambirdən ibarət tavan və 1 ədəd plastikdən ibarət qapı əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.