Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə  "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***16:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, faktla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğın söndürülüb. Soyutma işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.