"Sarı jiletlilər" hərəkatının iştirakçıları Parisdə genişmiqyaslı etiraz aksiyası keçiriblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərəkat iştirakçıları bayraqlar və nəhəng pankartlarla "Makron həbsə!", - deyə şüarlar səsləndirirlər.
Onların hamısı Fransa prezidenti Emmanuel Makronun yürütdüyü siyasətə qarşı çıxır.
Məlumata görə, “sarı jiletlilər” xüsusilə beynəlxalq bankirlərin bütün dünya hökumətlərini öz nəzarəti altında saxlayan fırıldaqlarından narazılıqlarını bildirirlər.