İraq parlamenti eynicinsli münasibətlərə görə maksimum 15 il həbs cəzası ilə bağlı qanunu qəbul edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, İraq parlamentindən verilən açıqlamaya görə, bu addım dini dəyərləri qorumaq məqsədi daşıyır.

Yeni qanun bioloji cinsiyyətini dəyişdirən və ya qəsdən qadın geyimi geyinənlər üçün 1 ildən 3 ilə qədər həbs cəzası da nəzərdə tutur.

Qanun layihəsi əvvəlcə eynicinsli münasibətlərə görə ölüm cəzasını ehtiva edirdi, lakin ABŞ və Avropa ölkələrinin kəskin etirazından sonra qəbul edilməzdən əvvəl qanuna düzəliş edildi.