Aprelin 29-da saxlanılan Qazaxıstanın sabiq daxili işlər naziri Yerlan Turqumbayev məhkəmə qərarı ilə həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu açıqlayıb. 

Məlumata görə, bu, 2022-ci ilin yanvarında ölkədə baş vermiş kütləvi iğtişaşların şəraitinin araşdırılması ilə bağlıdır. Eks-nazir əvvəllər həmin işdə şahid olub.

Turqumbayev ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamı ilə həbs edilib. İşin təfərrüatları dövlət sirrini ehtiva edən məlumatlar olduğu üçün açıqlanmır. 

Qeyd edək ki, o, 1984-cü ildən Qazaxıstan Daxili İşlər Nazirliyində işləyib. 2019-cu ildə DİN rəhbəri olub. 

***09:25

Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.

"Unikal" “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, eks-nazir ötən gün 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində saxlanılıb.

Ağarza Elçinoğlu