Gürcüstan 2030-cu ildə Avropa İttifaqına üzv olacaq.
"Unikal" xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının təsisçisi, milyarder Bidzina İvanişvili açıqlayıb.
Deputat Gürcüstan parlamentinin binası yaxınlığında toplaşan vətəndaşlara müraciət edərkən deyib: "Mən sizə söz verirəm ki, biz bütün maneələri dəf edəcəyik, suverenliyimizi möhkəmləndirəcəyik, sülhü qoruyacağıq və 2030-cu ildə Avropa İttifaqına üzv olacağıq. Biz bənzərsiz tarixə, adət-ənənələrə və özünəməxsusluğu olan nadir xalqıq. Məhz bu unikal milli ənənələr və identiklik ilə biz ümumi Avropa ailəsinə qoşulmalıyıq, çünki yalnız bu halda Avropa İttifaqı Gürcüstan üçün real dəyərə malik ola bilər".
Ağarza Elçinoğlu