"Yoxsul ailələrdən olan uşaq və yeniyetmələr piylənməyə daha çox meyllidirlər".

"Unikal" xəbər verir ki, bu barədə Qlazqo Universitetinin alimləri araşdırma aparıblar.  

Bildirilir ki, bu, şəkər istehlakının artması və diyetdə meyvə və tərəvəzlərin nisbətinin aşağı olması ilə əlaqədardır. 

Alimlər Avropa və Mərkəzi Asiyanın 44 ölkəsində 11, 13 və 15 yaşlı 280 minə yaxın oğlan və qızın sağlamlığını, qidalanma vərdişlərini və sosial həyatını təhlil ediblər. Məlum oldu ki, hər beş yeniyetmədən ikisindən azı (bütün iştirakçıların 38%-dən azı) hər gün meyvə və ya tərəvəz istehlak edir.  Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, sorğuda iştirak edən yeniyetmə və uşaqların yarısından çoxu gündəlik olaraq heç bir meyvə və ya tərəvəz yeməmiş ola bilər.

Tədqiqat işində şirniyyat və şəkər əsaslı içkilərin istehlakının yüksək olduğu aşkar edilib. Subyektlərin dörddə biri (25%) hər gün şokolad və digər şirniyyatlardan qəlyanaltı qəbul etdiyini bildirib. Qızlar daha tez-tez şirniyyat yeməyə meyllidirlər. 

Tədqiqat həmçinin sosial-iqtisadi vəziyyətlə qeyri-sağlam qidalanma vərdişləri arasında əlaqə tapıb. Aztəminatlı ailələrdən olan uşaqlar və yeniyetmələr daha çox piylənməyə, şəkərli içkilər içməyə və bitki mənşəli qidaları gündəlik yeməkdən çəkinməyə daha çox meylli olduğu ortaya çıxıb.