Ukrayna Silahlı Qüvvələrinin raket zərbələrindən sonra Sevastopolda iyunun 24-ü matəm elan edilib. 

"Unikal" xəbər verir ki, bu barədə qubernator Mixail Razvojayev "Telegram" kanalında məlumat verib.

“Bu gün Sevastopolda baş verən faciə ilə əlaqədar olaraq, sabah, 24 iyunda Sevastopolda bütün mədəni, idman və digər kütləvi tədbirlər ləğv ediləcək. Matəm əlaməti olaraq hökumət binaları və bələdiyyə müəssisələrində dövlət bayraqları yarıya qədər endiriləcək”, - məlumatda deyilir.

Qeyd edək ki, raket hücumu nəticəsində 5 nəfər ölüb, 124 nəfər yaralanıb. 

*** 16:15

Ukrayna Silahlı Qüvvələri Sevastopola kaset başlıqlı 5 "ATACMS" raketi atıb.

"Unikal" xəbər veir ki, nəticədə 3 nəfər ölüb, 100-ə yaxın dinc sakin yaralanıb. Ölənlərdən ikisi uşaqdır. 

Qeyd edək ki, atılan raketlər ABŞ-yə məxsusdur. Hücum insanlar çimərlikdə dincələrkən edilib.