Gəncədə "NİVA" markalı avtomobil 2 yeniyetməni vurub.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində baş verib.

Hərəkətdə olan "NİVA" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 13 yaşlı  Əli Məmmədlini və  15 yaşlı  İsmayıl Məmmədovu  vurub.

Yeniyetmələr xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 13 yaşlı Əli Məmmədli xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov