Ələt-Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində yük avtomobilində yanğın tam söndürülüb. 

Bu barədə "Unikal"a FHN-dən bildirilib. 

*** 23:35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ələt -Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. 

FHN-dən "Unikal"a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırııb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəsarət alan yoxdur.

*** 22:45

Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar ərazisində yanğın baş verib.

"Unikal" xəbər verir ki, ilkin olaraq magistraldakı yanğının yük avtomobilində (“Tır”) baş verdiyi deyilir.

Hazırda yanğından mühafizə bölməsinin əməkdaşları yanğına qarşı mübarizə aparırlar.

Faktla bağlı araşdırma aparılır.