Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin cənazəsi dəfn mərasiminin keçiriləcəyi Dohaya çatdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd edək ki, bu gün Tehranda Haniyə üçün dəfn mərasimi keçirilib və bu mərasimdə İranın ali dini lideri Əli Xamenei də iştirak edib.
Haniyənin cənazəsi Qətərin paytaxtında Lusail qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.