Britaniyalı aktyor Kit Harinqton spirtli içkiyə aludəçilik səbəbindən ağır depressiyaya düşdüyünü etiraf edib.
"Unikal" xəbər verir ki, bu barədə o, GQ nəşrinə müsahibəsində danışıb.
Harinqton spirtli içkilərdən istifadə etdiyinə görə özünə nifrət etdiyini və xor baxdığını etiraf edib. Sənətçi özünü məhv edən düşüncələrə düşdüyünü qeyd edib. Aktyorun sözlərinə görə, bir vaxtlar ona elə gəlirdi ki, spirtli içkidən əl çəkə bilməyəcək.
“Alkoqoldan imtina etdiyim üçün qürur duymağım özü-özlüyündə tamamilə fərqli bir insana çevrildiyimin sübutudur. İndi nə işlə məşğul olmağımdan asılı olmayaraq getdiyim hər çəkiliş meydançası ilə fəxr edirəm, çünki bilirəm ki, bütün gücümü buna sərf etməliyəm”, - deyə aktyor qeyd edib.
Harinqton hesab edir ki, aludəçiliyi haqqında ictimaiyyətə danışmaqla, oxşar problemdən əziyyət çəkən insanlara kömək və dəstək ola bilər. Harrinqtonun sözlərinə görə, o, öz nümunəsi ilə göstərə bilər ki, aludəçi insanlar bundan vaz keçib xoşbəxt yaşaya bilərlər.