Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, həyatını dəyişənlər 1968-ci il təvəllüdlü Y.Qasımova, 1967-ci il təvəllüdlü A.Verdiyeva, 1991-ci il təvəllüdlü Əvəz Əliyevdir.

Ölənlər Şəmkir rayon sakinləridir.

*** 16:38

Göygöldə ölümlə nəticələn yol qəzasında ölənlərin sayı artıb.

"Unikal"ın məlumatına görə, ölənlərin sayı 3-ə çatıb.

XXX

16:23

Göygöldə ölümlə nəticələn yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Məlumata görə, “Renault Megane” markalı minik maşını “KamAZ” markalı yük avtomobilinin arxasına çırpılıb.

Tural Əhmədov