Honq-Konqlu aktyor və rejissor Ceki Çan 2024-cü ildə Parisdə keçiriləcək Paralimpiya Oyunlarının məşəl estafetində iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə RMC Sport təşkilat komitəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, sənətçi sentyabrın 28-də, Paralimpiya Oyunlarının açılış mərasiminin keçiriləcəyi vaxt Parisə gələcək. Çanın aktyorlar Elza Zilberşteyn və Cerri, həmçinin xoreoqraf Bencamin Millippiedlə birlikdə atəşi daşıyacağı qeyd edilir.