Bakıda velosiped üçün yollar yaradılsa da, velosiped sürən yoxdur.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.
"Avtobuslar üçün zolaqlar yaratmışıq, avtobus qalıb bir tərəfdə, bütün zolaqlar zəbt olunub. Velosiped yolları yaratmışıq, ancaq velosiped sürən varmı? Yox. Bu gün Azərbaycan cəmiyyəti alternativ enerjiyə keçməyə hazırdırmı? Kimsə sorğu edə bilirmi cəmiyyətdə alternativ enerjiyə baxış necədir? Həqiqətən günəşi və küləyi real enerjiyə çevirməyə hazırıqmı? Bu sahədə böyük işlər görməliyik", - deyə o qeyd edib.