Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Lexus", "Toyota Prado", "Ford Tranzit", "Toyota Prius", "Hyundai Accent" və "Mercedes-Benz" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Seymur Əli