“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkəmizdə keçiriləcək COP29 qlobal iqlim konfransı üzrə akkreditasiyadan keçmiş şəxslərin dəmiryol nəqliyyatına tələbatının yüksək səviyyədə qarşılanması üçün qatarlardan ödənişsiz istifadəni təmin edir.

ADY-dən "Unikal"a verilən məlumata görə, konfransda iştirak haqqında rəsmi akkreditasiya sənədini təqdim edən şəxslər, o cümlədən xarici vətəndaşlar 9-24 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla ödənişsiz səfər edə biləcəklər.