Braziliya polisi prezident Lula da Silvaya qarşı sui-qəsdin beş iştirakçısını həbs edib. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, həbs edilənlərdən dördü hərbçi, biri isə polisdir. Onlar 2022-ci ildə andiçmə mərasiminə iki həftə qalmış seçilmiş prezidentə sui-qəsd təşkil etmyi planlaşdırıblar. Sui-qəsdçilər əməliyyatı Braziliya bayrağının rənglərinin şərəfinə "yaşıl və sarı xəncər" adlandırıblar. 

Braziliyada seçkilər 2022-ci ilin oktyabrında baş tutub. Da Silva az fərqlə Jair Bolsonaro üzərində qələbə qazanbı. Da Silvanın andiçməsindən sonra Bolsonaro tərəfdarları Konqresə, Ali Məhkəməyə və prezident sarayına basqın edərək binaları dağıdıblar.