İstanbul - Kaluqa reysi üzrə uçan təyyarə güclü külək səbəbindən Vnukovo hava limanına məcburi eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə Kaluqa hava limanının mətbuat xidməti məlumat yayıb.
“Kaluqa bölgəsində əsən güclü külək səbəbindən WZ4670 İstanbul-Kaluqa reysi ilə uçan təyyarə Vnukovodakı alternativ aerodromda eniş etmək məcburiyyətində qalıb”, - deyə məlumatda bildirilir .
Bildirilib ki, Kaluqaya uçan bütün sərnişinlər mümkün narahatlığın minimuma endirilməsi üçün bölgəyə transferlə təmin olunacaqlar.