Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi bələdiyyəsində toyda 9 nəfər bıçaqlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. 

Məlumata görə, hadisə Muşevani kəndindəki toyda baş verib. Kənd sakinlərinin sözlərinə görə, Dələr və Darvaz kəndlərinin gəncləri arasında mübahisə qarşıdurmaya çevrilib.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qəsdən sağlamlığa zərər vurma ilə bağlı araşdırma başlanılıb, iki nəfər saxlanılıb.

Ağarza Elçinoğlu