AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri instituitunun (İSİ) İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Qorxmaz İmanov 12-17 noyabr 2024-cü il tarixlərində İspaniyanın Barselona şəhərində üzv olduğu İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının (RACEF) dəvətilə Dünyada gələcək iqtisadi artım, dayanıqlıq və mənfəətlilik mövzusunda keçirilən 9-cu beynəlxalq konfransda Ölkənin iqtisadi şaxələnməsinin dayanıqlı səviyyəsinin qeyri-səlis qiymətləndirilməsi mövzusunda məruzə ilə çıxış edib.
"Unikal" xəbər verir ki, konfransda dünyanın müxtəlif ölkələrinin alimləri tərəfindən iqlim dəyişikliyi, müharibələr və koronavirus (Covid-19) pandemiyasının dünya iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və qarşısının alınması üsulları müzakirə edilib, təkliflər irəli sürülüb.