Böyük Britaniya səfirliyinin siyasi şöbəsinin ikinci katibi Uilks Edvard Pryor ölkənin təhlükəsizliyini təhdid edən kəşfiyyat və separatçı fəaliyyətə görə Rusiyadan deportasiya ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Əməliyyat Mərkəzi məlumat yayıb.
"Əks-kəşfiyyat əməliyyatları zamanı Moskvadakı səfirlik adı altında Britaniya kəşfiyyatının elan olunmamış mövcudluğu aşkar edilib. Bunun əsasında Xarici İşlər Nazirliyi müvafiq idarələrlə əməkdaşlıq edərək Uilks Edvard Prayorun akkreditasiyadan məhrum edilməsi barədə qərar qəbul edib və ona iki həftə ərzində Rusiyanı tərk etməsi barədə göstəriş verib", - deyə məlumatda bildirilir.
Bütün bunların fonunda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniya səfiri Naycel Keysinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.
***16:10
Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd olunur ki, Keysi artıq nazirliyə gedib.
Ağarza Elçinoğlu