Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl, Rusiyanın NATO-nun qırmızı xətlərini araşdırmaqda davam edəcəyini və onilliyin sonuna qədər NATO ölkələrinə hücum edə biləcəyini söyləyib. 

"Unikal" xəbər verir ki, onun sözlərini Almaniyanın "Zeit" nəşri sitat gətirib. 

O, Rusiyanın “Qərblə müharibəyə hazırlaşdığını” iddia edib. Eyni zamanda, kəşfiyyat rəhbəri hesab edir ki, bu, Avropanın NATO ölkələrinə genişmiqyaslı müdaxilə deyil, kollektiv təhlükəsizlik üzrə öhdəliklərin üstündən xətt çəkməli və Şimali Atlantika Alyansını çökdürməli olan məhdud əməliyyatdır.

“Rusiya rəhbərliyində bu cür fikirlər üstünlük təşkil edərsə, qarşıdakı illərdə hərbi münaqişə riski artacaq”, - Kahl ifadə edib. 

Noyabrın 27-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Şimali Atlantika Alyansının hərbi bazalarına zərbə endirmək ssenarisini istisna etmək olmaz. O xatırladıb ki, NATO-ya üzv dövlətlər faktiki olaraq Ukrayna münaqişəsində tam şəkildə iştirak edirlər.

Gülayə Mecid