Almaniyanın keçmiş kansleri Angela Merkel 15 min avroya yaxın təqaüddən əlavə, indi “Azadlıq” adlı xatirələri sayəsində milyonlarla dollarlıq sərvət qazanacaq.

"Unikal" xəbər verir ki, bu  barədə "Bild" nəşri məlumat yayıb. 

Kitab eyni vaxtda 31 ölkədə, o cümlədən Rusiya və Çində nəşr olunur. Almaniyada nüsxəsi 42 avroya satılır.

Nəşrə görə, Merkel və həmmüəllifi, onun ofis direktoru Beate Baumann kitab üzərində işlərinə görə "iki rəqəmli milyonlarla" avans alıblar. Mütəxəssislər Merkelin kitabının qlobal bestseller olduğunu, partiyalar və fondların ənənəvi olaraq belə kitabları böyük miqdarda aldığını qeyd edərək, belə bir ödənişi kifayət qədər real adlandırırlar.

 Gülayə Mecid