Ötən gecə Tbilisidə keçirilən etiraz aksiyası zamanı polisin hərəkəti nəticəsində iyirmidən çox media işçisi yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın media-ombudsmanının bəyanatında deyilir.
"Media-ombudsmanın məlumatına görə, noyabrın 28-29-da maskalı xüsusi təyinatlılar və polis əməkdaşları Rustaveli prospektində 20-dən çox jurnalist və operatora qəsdən xəsarət yetiriblər. Dövlət nümayəndələri etirazçıları dağıdıblar. Bu cinayətlərin qeydə alınması prosesində media nümayəndələrinə qarşı da sərt rəftar edilib", - məlumatda qeyd olunub.
Ağarza Elçinoğlu