Məhkəmə 98 milyon rublu mənimsəməkdə şübhəli bilinən Krasnoyarsk oliqarxı Vladimir Eqorovun oğlu Antonu iki ay müddətinə həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib. 

İstintaqın məlumatına görə, 2022-ci il dekabrın 15-də KDSK MMC-nin baş direktoru Anton Eqorov mühəndislik xidmətlərinin göstərilməsi, o cümlədən texniki sənədlərin hazırlanması və müəssisənin modernləşdirilməsi üzrə müqavilə imzalayıb. Müqavilə üzrə işlərin tamamlanmadığını bilərək, müvafiq sənədlərdə işlərin həcmi və dəyəri barədə yalan məlumat verib.

Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, saxta maxinasiyalar sayəsində Eqorov 98 milyon rubl (1 542 618 AZN) mənimsəyib.

Gülayə Mecid