Gürcüstanın Çexiyadakı səfiri Teja Maisuradze baş nazir İrakli Kobaxidzenin Aİ ilə danışıqlara başlamaq məsələsini dondurmaq barədə bəyanatından sonra istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bununla da o, mövcud qərarla razılaşmayan ölkənin altıncı diplomatı olub.

"Mən Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verdim. İyirmi ilə yaxındır ki, ölkəmin milli maraqlarına xidmət etmək, onun Avro-Atlantik inteqrasiyasına töhfə vermək, suverenliyini və ərazi bütövlüyünü qorumaq böyük şərəfdir", - diplomat yazıb.

Ağarza Elçinoğlu