Cənubi Koreya polisi prezident Yoon Seok-yeola qarşı hərbi vəziyyət qərarı ilə bağlı üsyanda şübhəli bilinərək istintaqa başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Cənubi Koreya müxalifəti xəbərdarlıq edib ki, o, prezidentə, həmçinin müdafiə naziri Kim Yonq-hyun, daxili işlər və təhlükəsizlik naziri Li Sanq-Minə qarşı çevriliş ittihamı irəli sürəcək.
Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, bu qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının” zəruriliyi ilə izah edib, jurnalistlər isə dövlət başçısının hərəkətlərini siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.
Bunun fonunda Seulun mərkəzində vətəndaşlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Parlament daha sonra hərbi vəziyyəti ləğv etdi. Yun Seok Yeol özü də hökumətin qarşıdan gələn iclasında ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı ləğv etmək niyyətində olduğunu bildirib.
Bu arada Cənubi Koreyada müxalifət partiyaları prezidentin impiçmenti layihəsini parlamentə təqdim ediblər. Onunla bağlı səsvermə dekabrın 6-7-də keçirilə bilər. Dövlət başçısını vəzifədən uzaqlaşdırmaq üçün parlamentdəki 300 səsdən 200-ü tələb olunacaq.
Gülayə Mecid