Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra ukraynalı qaçqınlar üçün administrasiya yaratmaq qərarına gəlib.
"Unikal" NTV kanalına istinadən xəbər verir ki, administrasiya Ukraynadan olan qaçqınlar işə düzəlməyə və ya vətənlərinə qayıtmağa başlayanda onların məsələlərini koordinasiya edəcək.
Şolts vurğulayıb ki, alman hakimiyyəti bir neçə ildir ölkədə yaşayan ukraynalıların iş axtarması və Almaniyanın dilini və mədəniyyətini öyrənməsi ideyasını dəstəkləyir.
Gülayə Mecid