Avstraliyanın cənubundakı Moonta şəhərində yaşayan qadın heç gözləmədiyi şəkildə milyonçu olub. Ad günündə qayınana və qayınatasından aldığı hədiyyə ona 2,3 milyon avro qazandırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  ad günü üçün hansı hədiyyə alacağını bilməyən ailə ağsaqqalları gənc qadına loto bileti alıblar. Bileti birbaşa ona vermək əvəzinə evinin poçt qutusuna qoyan cütlük uduşlu nömrə aldıqlarından xəbərsiz olublar.

Qadın bütün günü çöldə olub ad gününü qeyd edib. Bir neçə gün sonra o, poçt qutusundakı lotereyanı götürüb. 

Avstraliyalı bileti yoxlamaq üçün lotereya ofisinə gedəndə həyatının şokunu yaşayıb. Əvvəlcə o, cəmi 20 avro qazandığını düşünsə də, əsl cekpot düz 2,3 milyon avro olduğu ortaya çıxıb. Uduşlu bilet onun üçün unudulmaz ad günü hədiyyəsi olub. 

Adının açıqlanmasını istəməyən qadın, "Belə böyük bir mükafat qazandığıma inana bilmədim. Bu, hələ də çox real deyil. Bu, aldığım ən böyük hədiyyədir" deyərək hisslərini bölüşüb.

Moontadan olan qadın şanslı mükafatını necə xərcləyəcəyi ilə bağlı heç bir məlumat paylaşmayıb.

Gülayə Mecid