İran İsrailin hava hücumu təhlükəsi səbəbindən Bəşər Əsədə kömək etməyib. 

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazır. 

"İran rəsmiləri Əsədi üsyançıların hücumuna hazırlaşmamaqda günahlandırıb. Həmçinin, İran İsrailə görə Suriyaya hərbi yardım göndərə bilmədiyini açıqlayıb”, - deyə mənbə bildirib.

WSJ yazır ki, İran yardım göstərmək əvəzinə İslam İnqilabı Keşikçiləri Korpusuna və onunla əlaqəli silahlı qruplara döyüşlərə müdaxilə etməməyi əmr edib.

Gülayə Mecid