Çin istehsalçıları dronların yaradılması üçün vacib hissələrin ABŞ və Avropaya satışını məhdudlaşdırmağa başlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, çinli İHA mühərrikləri, batareyaları və onların uçuş idarəetmə sistemləri istehsalçıları tədarük olunan hissələrin sayını azaldıb və ya təchizatını tamamilə dayandırıblar.

Mənbələr qeyd ediblər ki, bu, dron hissələrinin ixracına daha geniş məhdudiyyətlərin tətbiqi üçün sadəcə “müqəddimədir”. Qərb rəsmiləri onların gələn ildən qüvvəyə minəcəyini gözləyirlər. Bir səlahiyyətli bildirib ki, Çin tələb olunan lisenziyaları təsdiq etməyi dayandıra bilər və istehsalçılardan hissələrin göndərilməsi planları barədə hökumətə məlumat vermələrini tələb edəcək.