İran parlamenti (İslam Məsləhət Şurası) qapalı iclasında İsrailə qarşı hərbi əməliyyatları müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə ISNA agentliyinə müsahibəsində parlamentin Rəyasət Heyətinin üzvü Əhməd Naderi məlumat verib.
"Bu gün səhər İslam Şurası SEPAH-ın Ali Baş Komandanının iştirakı ilə qapalı və qeyri-rəsmi iclas keçirdi.Bu görüşdə ümumi müzakirə bölgədəki hərbi strategiyalarımız, İsrailin əməliyyatlarının və İsrailə qarşı əməliyyatlarımızın təsviri, eləcə də regionda hökm sürən təhlükəsizlik, kəşfiyyat və hərbi vəziyyət olub", - deyə Naderi bildirib.
İslam Şurası Rəyasət Heyətinin üzvü qeyd edib ki, iclasda həmçinin Suriya prezidenti Bəşər Əsədin hakimiyyətinin süqutu və Yaxın Şərqin gələcəyi müzakirə olunub.
Gülayə Mecid