Suriyanın yeni müvəqqəti baş naziri Məhəmməd əl-Bəşir xaricdəki suriyalılara çağırış edib.
"Unikal" xəbər verir ki, əl-Bəşir prezident Bəşər Əsədin devrilməsindən sonra xaricə sığınan suriyalıları ölkələrinə qayıtmağa çağırıb.
"Mən xaricdəki bütün suriyalılara çağırış edirəm. Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın", - o, ifadə edib.
İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verən müvəqqəti baş nazir Suriyada bütün insanların və bütün məzhəblərin hüquqlarının təmin ediləcəyini əlavə edib.