Çeçenistan rəhbəri Ramzan Kadırov bölgəyə uyğun olmayan, bədən hissələrini göstərən reklamlara yol verən gözəllik salonlarının bağlanmasının vacibliyini qeyd edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, o bunu qanun pozuntusu adlandırıb.
“Salonlarda enjeksiya edirlər, sonra problemlər yaranır və insanlar xəstəxanalara düşür. Onlar fotoşəkilləri sosial şəbəkələrə yükləyirlər, burada bədənin göstərilə bilməyən hissələrini göstərirlər. Əxlaq pozanların olduğu salonlar bağlanmalıdır”, – deyə Kadırov "Telegram" kanalında bildirib.
O, müvafiq lisenziyası olmayan və qanun pozuntusu ilə fəaliyyət göstərən 50-dən çox aptekin bağlandığını da açıqlayıb.