Vanuatu sahillərində baş verən zəlzələ nəticəsində bir nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə "Nzherald" nəşri məlumat yayıb.
Materialda qeyd olunur ki, qurbanların sayı daha çox ola bilər.
Yeni Zelandiyanın Xarici İşlər və Ticarət Nazirliyi də hadisədən sonra Vanuatudakı missiyasının binasına ciddi ziyan dəydiyini bildirib.
***09:09
Sakit okeanda ada ölkəsi olan Vanuatuda 7,3 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumatda Vanuatu sahillərində 7,3 bal gücündə zəlzələnin baş verdiyini və sunami xəbərdarlığının edildiyini bildirib.
Zəlzələ yerin 43 kilometr dərinliyində qeydə alınıb və Vanuatunun paytaxtı Port Viladan cəmi 30 kilometr qərbdə baş verib.