Prezident İlham Әliyevin Azәrbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminә hәmrәylik ili” elan olunmasına dair 25 dekabr 2023-cü il tarixli Sәrәncamından irәli gәlәn vәzifәlәrә uyğun olaraq16 dekabr 2024-cü ildəAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Azərbaycan gəncliyi və Yaşıl dünya naminə həmrəylik ili: ekoloji problemlər, süni intellekt və fəlsəfə” adlı kitabın təqdimatı və Yaşıl dünya naminә hәmrәylik ilinә hәsr olunmuş yekun tәdbiri keçirilmişdir.
"Unikal" xəbər verir ki, ilk olaraq Dövlət Himni səsləndirilmiş, Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov giriş nitqi ilə rəhbərlik adından iştirakçıları salamlamış, AHİK-in və ona üzv olan təşkilatların “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlərinin əhəmiyyətindənsöz açmışdır.Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəziflərin şəffaflıqla yerinə yetirilməsi istiqamətində uğurlu addımları önə çəkən natiq 2024-cü ilin AHİK-in fəaliyyət istiqamətlərində əlamətdar yeniliklərlə yadda qalmasını diqqətə çatdırdı.Qarşıya qoyulmuş vəzifələrin üzv və tabe təşkilatlarla koordinasiya edilməklə həyata keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. AHİK sədri Sahib Məmmədov tərəfindənbu istiqamətin əsas fəaliyyət proqramı kimi Həmkarlar İttifaqlarının qarşısında qoyulduğunu bildirdi.
Sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov belə bir tədqiqat işinin ərsəyə gəlməsinə olan zərurəti və Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamından irəli gələn vəzifələr kontekstində şərh etdi. Bu Sərəncamın gənc alim və tədqiqatçıların fikirlərinə və elmi biliklərinə yol açdığını bildirdi. Bu gün qlobal təhdidlərin fonunda narahat dünyamızda Prezident İlham Əliyevin sabit dünya üçün misilsiz xidmətlərinin elmi əsaslarla tədqiqata cəlb edilməsinin vacibliyini vurğuladı. Kitabın bu çağırışlara sanballı töhfə olmasına dair fikirlərini əsaslandırdı.
Daha sonra çıxış edən AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən i.ü.f.d., dos. Nurəngiz Mikayılova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d., dosent Elmir Babayev, Azәrbaycan İlahiyyat İnstitutunun kafedra müdiri f.ü.f.d., dos. Anar Qafarov, AMEA Qafqazşünaslıq İnstitutunun Ermәnişünaslıq şöbәsinin müdiri t.ü.f.d., dos. Elnur Kәlbizadә, AMEA Fәlsәfә vә Sosiologiyaİnstitutunun elmi işçisi, Gәnc Alim vә Mütәxәssislәr Şurasının üzvü Vüsalә Gülmalıyeva, AMEA Folklor İnstitutunun Mifologiya şöbәsinin aparıcı elmi işçisi, fil.ü.f.d, dos. Elçin Qaliboğlu, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəl.ü.f.d., dosent Şölət Zeynalov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun kiçik elmi işçisi,institutun Gәnc Alim vә Mütәxәssislәr Şurasının sədri Ceyran Hüseynli çıxış edərək Azərbaycanın inkişaf strategiyasının müasir hədəflərinə toxundular, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Prezident İlham Əliyevin uğurlu islahatlarından və bəşəriyyətə etdiyi çağırışlardan bəhs etdilər.
Eyni zamanda kitabın ərsəyə gəlməsinə və onun təbliğinə yaradılan imkanlara görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.